logo

“Qarabağ”-“Olimpiya” matçını iki telekanal yayımlayacaq 

17:17 30-08-2023 | icon 2387
“Qarabağ”-“Olimpiya” matçını iki telekanal yayımlayacaq 

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək cavab oyununu yayımlayacaq telekanal bəlli olub.

KlubdanYeniAvropa-ya verilən məlumata görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, “CBC Sport”da deyil, AzTV və “İdman” TV-nin efirində olacaq.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Lyublyanadakı ilk matçda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.