logo

Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb

15:15 30-08-2023 | icon 1491
Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb

Bakıda Azərbaycan və İordaniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti birinci kateqoriya üçün 5, ikinci kateqoriya üçün 2 manatdır. VİP biletlərin qiyməti isə 10 manat təşkil edir.

Biletləri “iTicket.az”ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.