Qırğızıstanda keçirilən Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edir
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılışı ilə bağlı mətbuat konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova tədbirdə bildirib ki, Oyunları dünyanın 60 ölkəsindən 500-dən artıq jurnalist işıqlandıracaq.
Gənclər, Mədəniyyət və İdman üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov isə qeyd edib ki, proqrama idmanın 37 növü üzrə yarışlar salınıb.
O deyib ki, idmançılara 594 dəst medal veriləcək. Bunun 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır.
Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir.
Oyunların rəsmi açılış mərasimi axşam saatlarında olacaq.