logo

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir

15:55 21-08-2023 | icon 2520
Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilir

Avqustun 21-də Bakıda Azərbaycan-Özbəkistan biznes forumu öz işinə başlayıb. 

YeniAvropa xəbər verir ki, forumda Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarovun,  Özbəkistan tərəfindən isə bu ölkənin investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 

Forumda çıxış edən Mikayıl Cabbarov bildirib ki, indiyədək Azərbaycanda Özbəkistanın 78 şirkəti qeydiyyatdan keçib.

Nazir bildirib ki, bu şirkətlərdən 60-ı aktiv fəaliyyət göstərir.