logo

Şəhriyar Məmmədyarov FIDE-nin dünya reytinqində üçüncüdür

20:25 01-09-2018 | icon 3101
Şəhriyar Məmmədyarov FIDE-nin dünya reytinqində üçüncüdür

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabrın 1-nə olan reytinq cədvəli dərc edilib. Klassik şahmat üzrə reytinqin ilk yüzlüyündə yeddi Azərbaycan şahmatçısı yer alıb.

YeniAvropa xəbər verir  ki, norveçli Maqnus Karlsen (2839) yenidən reytinq cədvəlinə başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2827) ikinci, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2820) isə üçüncü yeri tutur.

Şahmatçılarımız Teymur Rəcəbov (2751) on yeddinci, Arkadi Naydiç (2721) iyirmi səkkizinci, Rauf Məmmədov (2699) qırx altıncı, Eltac Səfərli (2676) altmış beşinci, Qadir Hüseynov (2667) yetmiş dördüncü yerdədir.

Qadın şahmatçıların reytinq cədvəlində Azərbaycanın bir təmsilçisi yer alıb. Günay Məmmədzadə 2438 reytinqlə otuz üçüncü yeri tutur.

Zərif cinsin nümayəndələri arasında ilk üçlüyə çinli Tszyun Ventszyun (2561), Hou İfan (2658) və rusiyalı Aleksandra Kostenyuk (2559) daxildir.