Avropa çempionatı: Azərbaycan ilk 8-də yer almadı
Bakı İdman Sarayında 17 yasadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub. Yarışın son günündə həlledici oyunlar keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib. Bildirilib ki, sonuncu gün 7-8-ci yerlər uğrunda oyunda Gürcüstan millisi ilə görüşən Yunanıstan həndbolçuları 29:17 hesabı ilə qələbə qazanıblar. Bosniya və Herseqovina seçməsi isə 5-6-cı yerlər uğrunda oyunda İsrail millisinə çətinliklə qalib gəlib - 32:31.
Litva - Farer adaları matçında 32:27 hesablı qələbə çalan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.
Yarışın qalibi İspaniya - Sloveniya görüşündə müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ispaniyalılar daha inamlı təsir bağışlayıblar. Bunun məntiqi nəticəsi kimi 28:20 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu adına layiq görülüb.
Final matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren çıxış edərək Bakıda keçirilən qitə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Təşkilatçılığa görə Azərbaycan Həndbol Federasiyasının fəaliyyətini yüksək qiymətləndirən Ştefan Lövqren İspaniyanı çempion olması münasibətilə təbrik edib. O, digər komandalara da göstərdiyi oyuna görə təşəkkür edib.
Çempionatın ən yaxşı oyunçularına, həmçinin yarışın hakimlərinə və Avropa Həndbol Federasiyasının nümayəndələrinə, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Həndbol Federasiyasının nümayəndələrinə hədiyyələr verildikdən sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.
Nəticələrə əsasən İspaniya komandası qızıl, Sloveniya kollektivi gümüş, Litva həndbolçuları isə bürünc medallara layiq görülüb.
Medalları idmançılara Avropa Həndbol Federasiyasının nümayəndəsi Ştefan Lövqren, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov və baş katib Yusif Atakişiyev təqdim ediblər.
Bununla da 17 yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub.
Xankəndi şəhər prokurorluğu yaradılır
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq
Sarayda keyfiyyətsiz yuyucu toz və şampun hazırlayan gizli sex aşkarlanıb
Bir sıra banklara aid konfidensial məlumatlara giriş ödənişsizdir
Faktiki hava: Bəzi yerlərə yağış, "Şahdağ"a isə qar yağıb
Avropa Kuboku:Qrup hərəkətləri komandamız III yeri tutub
FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kuboku davam edir
Azərbaycan nefti 85,27 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər