logo

Putin yenə Təhlükəsizlik Şurasının üzvlərini topladı

15:55 11-08-2023 | icon 5481
Putin yenə Təhlükəsizlik Şurasının üzvlərini topladı
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının(TŞ) üzvləri ilə informasiya məkanının təhlükəsizliyinin təmin edilməsini müzakirə edib.
 
YeniAvropa Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas zamanı informasiya məkanında işlər və onun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub.
“Bu gün biz sizinlə müasir şəraitdə Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı informasiya məkanı sahəsində iş məsələsini müzakirə edəcəyik. Bunun nə qədər vacib olduğunu hamımız başa düşürük", - deyə prezident iclasda bəyan edib.
 
Ənənəvi olaraq bu dəfə də TŞ-nin islası qapalı formatda keçirilib.
 
İclasda həmçinin, Ukraynadakı hərbi əməliyyat və Polşanın hərəkətləri də müzakirə olunub.