logo

Moskva səmasında PUA vurulub-Mer

13:31 11-08-2023 | icon 5642
Moskva səmasında PUA vurulub-Mer

“Moskva səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən bir pilotsuz uçuş aparatı(PUA) vurulub və onun parçaları Karamışevskiyə düşüb”.

YeniAvropa xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin yerli KİV-ə müsahibəsində bildirib.

“Heç kim xəsarət almayıb. Ciddi dağıntılar yoxdur. Aidiyyəti qurumların əməkdaşları hadisə yerindədir”, - deyə mer bildirib.