Peşə məktəblərinə tələbə qəbulu bu gün yekunlaşır
Peşə məktəblərinə tələbə qəbulu üzrə müraciətlər bu gün yekunlaşır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 11-i saat 18:00-dək "portal.edu.az" platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq.
Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir.
Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Elektron qeydiyyatdan keçən zaman şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini), təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd tələb olunur.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb