logo

Xaçmazda ağır avtoqəza: Ölən və yaralanan var

09:09 10-08-2023 | icon 7406
Xaçmazda ağır avtoqəza: Ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Nabran istirahət zonasındakı Şimali kəndi ərazisində qeydə alınıb.

Belə ki, “40-BT-399” dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.