logo

UEFA “Beşiktaş”ı Bakı səfərindən öncə 40 min avro cərimələdi

14:54 09-08-2023 | icon 2086
UEFA “Beşiktaş”ı Bakı səfərindən öncə 40 min avro cərimələdi

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə oyun ərəfəsində qitənin futbol qurumu tərəfindən cəzalandırılıb.

YeniAvropa yerli KİV-ə istinadla bildirir ki, klub 40 min avro cərimə edilib.

Buna turnirin ikinci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə cavab matçında “Beşiktaş” azarkeşlərinin intizamsız davranışları səbəb olub.