logo

“Beşiktaş” 23 futbolçu ilə Bakıya gəlir

14:14 09-08-2023 | icon 1617
“Beşiktaş” 23 futbolçu ilə Bakıya gəlir

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” klubunun Bakıya gətirəcəyi heyət açıqlanıb.

YeniAvropa xarici KİV-lərə istinadla bildirir ki, bu gün Azərbaycana yollanacaq komandanın heyətində 23 oyunçu yer alacaq.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran.

Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş.

Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut.

Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.