logo

Pakistanın keçmiş baş naziri 5 illik siyasətdən uzaqlaşdırıldı

12:44 09-08-2023 | icon 5145
Pakistanın keçmiş baş naziri 5 illik siyasətdən uzaqlaşdırıldı

Pakistan Seçki Komissiyası ittiham olunan korrupsiya işinə görə həbs edilən keçmiş baş nazir İmran Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırılması ilə bağlı qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb. Məlumatda keçmiş baş nazirin həbs edildiyinə görə siyasi fəaliyyət göstərməsinə qadağa qoyulduğu bildirilib.

Xatırladaq ki, İmran Xan İslamabad Ali Məhkəməsi tərəfindən 490 min dollar dəyərindəki hədiyyələri satması və vəzifəsindən sui-istifadə etməsi səbəbindən 3 il müddətinə həbs olunub