logo

“Neftçi”–“Beşiktaş” matçının biletləri satışa çıxarılıb

14:54 08-08-2023 | icon 1197
“Neftçi”–“Beşiktaş” matçının biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Beşiktaş” (Türkiyə) oyununun biletləri “iticket.az”da satışa çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  “Neftçi” klubu məlumat yayıb.

Bildirilib ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti 10 (1A, 2A, 4A, 5A, 1B, 2B), 15 (3B), 20 (3A) və 30 (VİP) manat təşkil edir.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək oyun saat 21:00-da start götürəcək.