logo

UEFA Konfrans Liqası: “Sabah”-“Partizan” matçının biletləri satışa çıxarılıb

17:17 07-08-2023 | icon 1239
UEFA Konfrans Liqası: “Sabah”-“Partizan” matçının biletləri satışa çıxarılıb

Bakının "Sabah" və Serbiyanın "Partizan" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb.

YeniAvropa  paytaxt komandasının saytına istinadla xəbər verir ki, biletləri “iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.