logo

UEFA Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-offdakı potensial rəqibləri məlum olacaq

09:29 07-08-2023 | icon 1330
UEFA Avropa Liqası: Bu gün “Qarabağ”ın pley-offdakı potensial rəqibləri məlum olacaq

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 YeniAvropa UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq.

Bu mərhələdə 20 komanda ümumilikdə 10 cütlük təşkil edəcək.

Pley-off mərhələsinin görüşləri avqustun 24-31-də keçiriləcək.