logo

Bu gün Bakının bir hissəsində qaz olmayacaq

09:29 04-08-2023 | icon 1680
Bu gün Bakının bir hissəsində qaz olmayacaq

Bu gün saat 11.00-dan Qaradağ rayonu Kötək, Şıxlar massivlərində qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, təmir işləri yekunlaşan kimi gün ərzində qazın verilişi nəzərdə tutulur.