logo

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

22:55 02-08-2023 | icon 7399
“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

Avqustun 2-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Rakuv” komandası ilə cavab oyununu keçirib.

YeniAvropa xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunun 52-ci dəqiqəsində Fran Tudor dəqiq zərbə ilə qonaqları hesabda irəli çıxarıb – 0:1. Matçın 60-cı dəqiqəsində isə ağdamlıların heyətində Elvin Cəfərquliyevin cərimə meydançasına ötürdüyü topu saxlamadan rəqib qapısına göndərən Redon Cica hesabda tarazlığı bərpa edib – 1:1. “Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb.

Komandalar arasında Polşada keçirilən ilk qarşılaşmada “Rakuv” 3:2 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.