logo

Azərbaycanda parklanmanın idarə edilməsinə dair mobil tətbiq təqdim edilib

10:40 01-08-2023 | icon 1211
Azərbaycanda parklanmanın idarə edilməsinə dair mobil tətbiq təqdim edilib

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin ("AzParking") təqdimatı keçirilib.

YeniAvropa xəbər verir ki, yeniliyi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.

Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.

"Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq. Parklanma yerlərinin öncədən rezervasiyası mümkün olmayacaq. Çünki, bunu idarə etmək çətindir və qanunvericiliklə də nəzərdə tutulmayıb", - deyə A.Rzayev əlavə edib.