logo

"Qarabağ" 5-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldi

22:58 30-08-2018 | icon 2933
"Qarabağ" 5-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldi

Qarabağ" klubu tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

YeniAvropa xəbər verir  ki,  Ağdam təmsilçisi bu dəfə pley-off mərhələsində Moldovanın "Şerif" komandasını mübarizədən kənarlaşdırıb.

Ötən həftə Moldovada keçirilən oyunda 0:1 hesabı ilə uduzan Ağdam komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Hesabı artıq 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib. Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub.

Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. 

Xatırladaq ki,  Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü sabah, avqustun 31-də atılacaq. Və "Qarabağ"ın qrup mərhələsindəki rəqibləri bəlli olacaq.