logo

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

21:43 30-08-2018 | icon 2821
UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

Avqustun 30-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir  ki,  Monakoda keçirilən püşkatma mərasimində Avropanın ən güclü 32 komandası hər birində dörd komanda olan səkkiz qrupa bölünüb.

Püşkatmanın nəticələri aşağıdakı kimi olub:

“A” qrupu: “Atletiko Madrid” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Monako” (Fransa), “Brügge” (Belçika).

“B” qrupu: “Barselona”(İspaniya), “Tottenhem” (İngiltərə), PSV (Hollandiya), “İnter” (İtaliya).

“C” qrupu: PSJ (Fransa), “Napoli” (İtaliya), “Liverpul” (İngiltərə), “Çrvena Zvezda” (Serbiya).

“D” qrupu: “Lokomotiv” (Rusiya), “Portu” (Portuqaliya), “Şalke” (Almaniya), “Qalatasaray” (Türkiyə).

“E” qrupu: “Bavariya” (Almaniya), “Benfika” (Portuqaliya), “Ayaks” (Hollandiya), AEK (Yunanıstan).

“F” qrupu: “Mançester Siti” (İngiltərə), “Şaxtyor” (Donetsk, Ukrayna), “Olimpik Lion” (Fransa), “Hoffenhaym” (Almaniya).

“G” qrupu: “Real Madrid” (İspaniya), “Roma” (İtaliya), MOİK (Rusiya), “Viktoriya Plzen” (Çexiya).

“H” qrupu: “Yuventus” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Yanq Boyz” (İsveçrə).

Püşkatma mərasimindən əvvəl 2017-2018-ci il mövsümünün ən yaxşı oyunçularının adları məlum olub. Belə ki, qapıçılardan Keylor Navas, müdafiəçilərdən Serxio Ramos, yarımmüdafiəçilərdən Luka Modriç (hər üçü “Real Madrid”), hücumçulardan isə Kriştiano Ronaldo (“Real Madrid”-“Yuventus”) ən yaxşı nominasiyada qalib olublar.

Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunlarına sentyabrın 18-19-da start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması “Atletiko Madrid” klubunun arenası olan “Metropolitano” stadionunda oynanılacaq.