logo

Azərbaycan davamı olaraq Fatih Terimə əməkdaşlıq təklif edir

15:55 26-07-2023 | icon 1890
Azərbaycan davamı olaraq Fatih Terimə əməkdaşlıq təklif edir

“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.

YeniAvropa xəbər verir ki, bunu Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib: “Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər. Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.

Qeyd edək ki, Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.