Buxarestdə yaşıl enerjinin inkişafı layihəsi üzrə dördüncü nazirlər iclası keçirilib
Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Azərbaycanı energetika nazir Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanı energetika naziri Sebastian Ioan Burduja, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil ediblər. Görüşdə, həmçinin Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.
İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla, Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.
Tədbirdə layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin “Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi”nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Sonda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev, Rumıniyanın baş naziri Nikolae Çuke, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Macarıstanın baş naziri Viktor Orban tərəfindən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Buxarestdə imzalanıb.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb