logo

Türkmənistan və Azərbaycan biznes dairələri arasında əməkdaşlıq müzakirə olunub

17:17 25-07-2023 | icon 1176
Türkmənistan və Azərbaycan biznes dairələri arasında əməkdaşlıq müzakirə olunub

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, görüşdə hər iki ölkənin biznes dairələri arasında mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.