logo

“Araz-Naxçıvan” klubu yeni məşqçi ilə müqavilə imzalayıb

12:32 25-07-2023 | icon 1813
“Araz-Naxçıvan” klubu yeni məşqçi ilə müqavilə imzalayıb

Vadar Nuriyev qarşıdakı mövsümdə “Araz-Naxçıvan” futbol klubunun məşqçilər korpusunda yer alacaq.

YeniAvropa kluba istinadla xəbər verir ki, Naxçıvan təmsilçisi ilə müqavilə imzalayan mütəxəssis baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq. Məşqçi artıq komandanın Qəbələdəki düşərgəsindədir.

Qeyd edək ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, V.Nuriyev ötən “Neftçi”dən ayrılıb. O, Bakı təmsilçisində seleksiya şöbəsinin üzvü idi.