Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub.
YeniAvropa xəbər verir ki, 53-cü dünya çempionatının maskotu seçilmiş “Targy” - Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır.
Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarə ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.