Azərbaycanla Pakistan arasında 1 illik qaz sazişi imzalanıb
İyulun 24-də Pakistan ilə Azərbaycan arasında aşağı qiymətli mayeləşdirilmiş təbii qazın (LNG) idxalı üçün bir il müddətinə çevik şərtlərlə çərçivə sazişi imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Pakistan hökumətinin saytı baş nazir Şahbaz Şərifə istinadla məlumat yayıb.
Bildirilib ki, Lahorda imzalanan saziş LNG-nin tədarükü ilə məşğul olan dövlət qurumu “Pakistan LNG Limited” (PLL) ilə Azərbaycanın SOCAR şirkəti arasında baş nazir Şahbaz Şərifin iştirakı ilə imzalanıb. Sənədə əsasən, Azərbaycan Pakistana ildə 12 LNG tankeri tədarük edəcək. "Bu müqavilənin müddəti bir ildir və onu daha bir il müddətinə uzatmaq olar", - deyə Baş nazir Şərif imzalanma mərasimində iştirak edənlərə müraciətində deyib.
Baş nazir bildirib ki, bu saziş Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərində böyük mərhələdir. O, Azərbaycan prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına xüsusi diqqət yeridiyini vurğulayıb.
Çərçivə sazişini “Pakistan LNG Limited” şirkətinin icraçı direktoru Məsud Nəbi və "SOCAR Trading" şirkətinin icraçı direktoru Məryəm Almaszadə imzalayıblar.
Enerji istehsalı üçün qazdan asılı olan və idxalı ödəmək üçün valyuta çatışmazlığı hiss edən Pakistan keçən il Rusiyanın Ukraynaya təcavüzü ilə qlobal qiymətlərin yüksəlməsindən sonra LNG-nin spot yüklərini əldə etməkdə çətinlik çəkib və bunun nəticəsində ölkədə enerji qıtlığı yaranıb. Lakin bu il Asiya spot LNG qiymətləri avqust ayında vurulan milyon Britaniya istilik vahidi (mmBtu) üçün rekord həddən - 70 dollardan aşağı düşüb və indi 10 dollardan azdır.
Pakistanın Qətər ilə iki uzunmüddətli tədarük müqaviləsi var; bunlardan biri 2016-cı ildə illik 3,75 milyon metrik ton LNG, digəri isə 2021-ci ildə illik 3 milyon metrik ton tədarükü nəzərdə tutur. “Pakistan LNG” şirkəti, həmçinin İtaliyanın “Eni” şirkəti ilə illik 0,75 milyon metrik tonluq portfel müqaviləsi imzalayıb. “Kpler” informasiya-analitika qrupunun məlumatına görə, 2022-ci ildə Pakistanın LNG idxalı 2021-ci ildəki 8,23 milyon metrik tondan il ərzində 6,93 milyon metrik tona qədər azalıb.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb