logo

"Twitter" əsas simvolundan imtina edir

09:59 23-07-2023 | icon 2366
"Twitter" əsas simvolundan imtina edir

"Twitter"in  sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə o, "Twitter" sosial səhifəsində məlumat verib.

"Tezliklə biz "Twitter" brendi ilə və tədricən bütün “quşlar”la vidalaşacağıq”, - deyə İ.Mask öz səhifəsində yazıb.

O, həmçinin "Twitter" üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin dizaynın son variantı hələ razılaşdırılmayıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İ.Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Bundan dərhal sonra o, bir sıra menecer üzvlərini işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, İMask həm də direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.