logo

Bakıda “Toyota Prius” yük qatarı ilə toqquşdu-yaralılar var

14:32 20-07-2023 | icon 7728
Bakıda “Toyota Prius” yük qatarı ilə toqquşdu-yaralılar var

Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə,  saat 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib. 

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.