logo

Bu il magistraturaya qəbulda plan yerləri 94,64 faiz dolub

12:32 20-07-2023 | icon 2702
Bu il magistraturaya qəbulda plan yerləri 94,64 faiz dolub

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, magistratura səviyyəsinə ayrılmış 14038 yerin 94,64 faizi dolub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu, son illər qeydə alınmış ən yüksək göstəricidir.

Ötən il müvafiq göstərici 88.63 faiz, 2021-ci ildə isə 92.95 faiz olub.