logo

Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb

11:55 20-07-2023 | icon 2485
Direktorların işə qəbulu üzrə nəticələr açıqlanıb

Direktorların işə qəbulu üzrə müsabiqənin iyulun 6-da keçirilən test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib  ki, imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.