logo

AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

11:44 20-07-2023 | icon 1855
AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd edilib ki, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinəyə də uçuşlar yerinə yetirir.