logo

UEFA Konfrans Liqası: "Neftçi" və "Sabah"ın oyununun hakimləri bəlli olub

11:22 20-07-2023 | icon 1596
UEFA Konfrans Liqası: "Neftçi" və "Sabah"ın oyununun hakimləri bəlli olub

"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları bəlli olub.

YeniAvropa xəbər verir ki,  "ağ-qaralar"ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

Bakının digər klubu "Sabah"ın qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.

Qeyd edək ki, "Neftçi" bu raundda "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. "Sabah" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.