logo

Səyahət üçün sərfəli rouminq fürsətləri

11:11 20-07-2023 | icon 1785
Səyahət üçün sərfəli rouminq fürsətləri

“Bakcell” tərəfindən təqdim olunan rouminq paketləri tək bir ölkədə deyil, eyni vaxtda 30-dan çox ölkənin mobil operatorlarında keçərlidir.

Siz müxtəlif ölkələrə səyahət edən zaman, hər ölkə üçün rouminq paketi almayacaqsınız. Mövcud rouminq paketinizdəki dəqiqə, meqabayt və SMS-ləri müxtəlif ölkələrdə əlavə ödəniş etmədən istifadə edə biləcəksiniz.

Bu fürsət, “Bakcell” abunəçilərinə sərfəli qiymətlərlə rouminq imkanlarından istifadə etməyə və səyahət zamanı unudulmaz anları sürətlə paylaşmağa kömək edir. Rouminq paketləri haqqında daha ətraflı burada: https://www.bakcell.com/roaming.

Xatırladaq ki, ölkədə “Bakcell ilə ən sürətli ol” şüarı altında genişmiqyaslı kampaniya həyata keçirən Bakcell “NEQSOL Holding”in tərkibinə daxildir.