logo

Bu gündən təhsil tələbə krediti müraciətlərinə başlanılır

09:40 20-07-2023 | icon 2492
Bu gündən təhsil tələbə krediti müraciətlərinə başlanılır

Bu gün saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. İkinci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə biləcəklər.

Magistratura səviyyəsi üzrə isə yeni qəbul olmuş tələbələr üçün qeydiyyat yaxın günlərdə başlayacaq və həmin tələbələrin təhsil tələbə krediti üçün müraciət imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyəsi üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq təhsil tələbə krediti müraciətlərini göndərə biləcəklər.