logo

İdmana aid ixtisaslar üzrə qabiliyyət imtahanları başlayır

16:32 19-07-2023 | icon 2352
İdmana aid ixtisaslar üzrə qabiliyyət imtahanları başlayır

Bədən tərbiyəsi və idman istiqamətinə aid məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları başlanır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları iyulun 26-dan etibarən keçiriləcək. Abituriyentlər DİM-in saytındakı linkə daxil olaraq imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, 086U formalı tibbi arayış və idman növünə müvafiq idman geyimi gətirməlidirlər. İmtahanların Bakı şəhərindəki idman obyektlərində keçirilməsi nəzərdə tutulub. İmtahan tarixləri və binaları ilə DİM-in saytında verilmiş qrafikdən tanış olmaq olar.

Qeyd: İmtahan normativləri ilə “Abituriyent” jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in yutub səhifəsində tanış olmaq mümkündür.