logo

Azərbaycanda 9000 "SPİD" xəstəsi rəsmi qeydiyyatdadır

14:14 19-07-2023 | icon 12117
Azərbaycanda 9000 "SPİD" xəstəsi rəsmi qeydiyyatdadır

1987-ci ildən 2023-cü ilin 1 iyul tarixinədək 9000 nəfər Azərbaycan vətəndaşı rəsmi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" səhifəsində sualları cavablandıran Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, qeydiyyatda olanların 69 faizi kişilər, 31 faizi qadınlardır.