logo

Azərbaycan və Ukrayna universitetləri arasında anlaşma memorandumu imzalanıb

09:49 19-07-2023 | icon 1981
Azərbaycan və Ukrayna universitetləri arasında anlaşma memorandumu imzalanıb

Bakı Slavyan Universiteti ilə “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universiteti arasında anlaşma memorandumu imzalanıb.

YeniAvropa xəbər verir ki, memoranduma əsasən, Azərbaycan və Ukrayna ali təhsil müəssisələri arasında təhsil, tədqiqat sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək barədə razılıq əldə edilib.

Tərəflər xaricdə tələbə mübadiləsi və təhsil proqramları, birgə elmi tədqiqat işlərinin aparılması, nəşrlərin mübadiləsi və digər məsələlər istiqamətində əməkdaşlıq ediləcək.