logo

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub

16:16 15-07-2023 | icon 9499
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 978 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 670 nəfər müalicə olunaraq sağalıb, 10 min 288 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, bu günə qədər isə ümumilikdə 7 milyon 654 min 889 test icra olunub.