Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
YeniAvropa xəbər verir ki, turnirin üçüncü günündə - iyulun 15-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Azərbaycan millisinin üç üzvü – Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq) və Murad Məmmədov (63 kq) gücünü sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Maqomedxan Maqomedov turnirdə gümüş medal qazanıb.