logo

Araz çayında batan iki nəfərdən birinin meyiti çıxarılıb

17:32 11-07-2023 | icon 8666
Araz çayında batan iki nəfərdən birinin meyiti çıxarılıb

İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla, iki nəfər batıb.

YeniAvropa xəbər verir ki,  hadisə saat 15 radələrində baş verib. Əraziyə FHN-nin dalğıcları cəlb edilib.

Axtarışlar zamanı adı çəkilən kəndin sakini Asif Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda ikinci şəxsin axtarışları davam etdirilir.