logo

Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:32 11-07-2023 | icon 9275
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 965 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 666 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 756, bu günə qədər isə ümumilikdə 7 652 018 test icra olunub.

Ölkədə son sutka ərzində 26 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 860 olub.