logo

Orxan Məmmədov da federasiya prezidenti oldu

14:34 11-07-2023 | icon 1624
Orxan Məmmədov da federasiya prezidenti oldu

Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.

YeniAvropa xəbər verir ki, Orxan Məmmədov növbəti dörd il üçün prezident seçilib.

Bu barədə o, özünün "Twitter" hesabında məlumat paylaşıb. Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür edib: "İnanıram ki, federasiya olaraq bundan sonra da ölkəmizi dünyada layiqli təmsil edəcəyik".

Qeyd edək ki, Orxan Məmmədov Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti idi.