logo

Aron Ramsdeyl dünyanın ən bahalı qolkiperidir

17:44 10-07-2023 | icon 1428
Aron Ramsdeyl dünyanın ən bahalı qolkiperidir

Dünyanın ən bahalı futbol qapıçıları müəyyənləşib.

YeniAvropa xəbər verir ki, bu barədə “CIES Football Observatory” məlumat yayıb.

Nəşrin yazdığına görə siyahıya “Arsenal”ın qolkiperi Aron Ramsdeyl başçılıq edir. Onun qiyməti 78,6 milyon avrodur.

Canluici Donnarumma (PSJ) 75,3 milyon avro ilə ikinci pillədə yer alıb. İlk “üçlüy”ü Alisson (“Liverpul”) qapayır. Onun dəyəri 66,8 milyon avrodur.

Qeyd edək ki, Ramsdeyl 2021-ci ildən London klubunda çıxış edir.