logo

12 cüdoçumuz Budapeştdəki Masters turnirində çıxış edəcək

14:54 10-07-2023 | icon 1442
12 cüdoçumuz Budapeştdəki Masters turnirində çıxış edəcək

Macarıstanın paytaxtı Budapeştdəki Masters turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

YeniAvropa  Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov, Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarış 4 - 6 avqustda təşkil olunacaq.