logo

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub

21:11 06-07-2023 | icon 9520
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,  son sutkada infeksiyaya bir yeni yoluxma faktı qeydə alınıb, infeksiyaya yoluxan 2 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 min 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 min 663 nəfər müalicə olunaraq sağalıb, hazırda aktiv xəstələrin sayı 8-dir. Ölkədə hazırkı vaxtadək 10 min 284 nəfər COVID 19-dan vəfat edib.