Bakıda keçiriləcək dünya kuboku yarışlarının loqosu təqdim olunub
İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokunun loqosu təqdim olunub.
YeniAvropa Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, loqoda Bakının əsas rəmzlərindən biri olan Qız Qalası və şahmatda top fiqurunun elementlərindən istifadə edilib.
Top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.
Sayca 10-cu dəfə təşkil olunacaq dünya kubokunun open yarışında 206, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Yarışda planetin ən güclü zəka sahibləri mübarizə aparacaq. Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç, 2835), yüksək sıralarda qərarlaşan Azərbaycan təmsilçiləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri qələbə uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FIDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FIDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.
Azərbaycanı turnirdə T.Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.
Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, dünya kuboku yarışları səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
BMT COP29-la bağlı Azərbaycana dəstək verməkdə davam edəcək
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir
Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir
500-dək namizəd dövlət qulluğu üzrə imtahan verəcək
Azərbaycan nefti 84,55 dollara satılır
Bakıda “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
İlham Əliyev və xanımı Fəxri xiyabanı ziyarət edib
Ötən gün Azərbaycanda 82 kq narkotika aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb