Sentyabrın 19-da Bakıda , “Hilton” hotelində Beynəlxalq Cüdo Federasiyasının (IJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadınlar və kişilər arasında bərabərlik məsələlərinə həsr olunan konfransı keçiriləcək.
YeniAvropa IJF-nin rəsmi saytına istinadla xəbər verir ki, tədbir dünya çempionatından əvvəl qurumun yarışlar üzrə meneceri Liza Allanın sədrliyi ilə təşkil ediləcək.
Konfransda IJF-in prezidenti Marius Vizerin, rumıniyalı deputat Rozalia-İbolya Bironun, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorakın, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkerinin, yaponiyalı Akiko Amanonun, braziliyalı Yuko Fujinin, kosovolu Driton Kukanın və Maylinda Kelmendinin, avstriyalı Sabrina Filzmoserin və digər şəxslərin iştirakı planlaşdırılır.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20–27-də Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.