logo

Həkimlərin dərman şirkətləri ilə əməkdaşlığı var-Komitə sədri

17:17 04-07-2023 | icon 8778
Həkimlərin dərman şirkətləri ilə əməkdaşlığı var-Komitə sədri

“Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlərin əməkdaşlığı var”.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin(MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu gün ölkədə dərman vasitələri ilə bağlı problemlərin əsas səbəbi daxili istehsalın olmamasıdır: “Bundan əlavə, ölkəyə dərmanların böyük əksəriyyətinin xaricdən gətirilməsidir. Şübhəsiz ki, bu da keyfiyət və qiymətə ciddi təsir edir. Məndə olan məlumata görə, Ələt azad iqtisadi zonasında 4 dərman fabrikinin istehsalına icazə verilib, birinin isə inşasına başlanılıb. Ona görə də hesab edirəm ki, dərman istehsalı hər birimizi narahat edən məsələlərin həllinə kömək edəcək”.

Ə.Əmiraslanov vurğulayıb ki, xəstə istədiyi dərmanı yox, həkimin təyin etdiyi molekul formulası göstərilən dərmanı qəbul etməlidir: “Kimsə kefi istəyəndə adı və ya qabı xoşuna gələn dərmanı alıb içməməlidir. Həkimlər tərəfindən də bu sahədə sui-istifadə halları var. Elektron resept məsələsi boşuna gündəmə gəlməyib. Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Hər addımda bunun şahidi oluruq. Bəzən lazım olmayan dərmanlar xəstələrə yazılır. Elektron reseptlə bütün bunların qarşısı alınacaq. Həkim resept yazanda biləcək ki, mütəxəssis nəzarət edəcək. Əvvəl resept yazılanda həkim deyirdi ki, get dərmanı filan aptekdən al, bundan sonra bunu edə bilməyəcəklər”.