logo

Ötən il qəbul imtahanlarında 2077 nəfər 600 və daha çox bal toplayıb

18:20 03-07-2023 | icon 3276
Ötən il qəbul imtahanlarında 2077 nəfər 600 və daha çox bal toplayıb

2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib. Onların 16.12 faizi 0-100, 26.67 faizi 100-200, 21.96 faizi 200-300, 25.61 faizi 300-500, 9.64 faizi isə 500-700 bal toplayıb.

YeniAvropa xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında yer alıb. Bildirilib ki, abituriyentlərdən 2077 nəfər 600 və daha çox bal toplayıb. Yüksək bal toplayanlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.